Xəbər lenti

Azərbaycan nefti ucuzlaşdı
Ekonomiks 23:45 14.08.2018

Azərbaycan nefti ucuzlaşdı

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 73,75 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,33 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 13-də 73 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,7 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 13-də 69,57 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,37 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə avqustun 13-də 70,98 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,29 dollar/barel azdır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->