Texnologiya 19:55 29.08.2018

İnstaqramda yeni funksiya istifadəyə verildi

İnstaqramda sorğu göndərilməsi ilə hesabın yoxlanılması imkanı aktivləşdirilib.

Qaynarinfo ICTnews-a istinadən xəbər verir ki, bunun üçün istifadəçinin kimliyini təsdiq edən sənəd təqdim etmək lazımdır.

Hesabın yoxlamadan keçməsi üçün onun xidmətin norma və qaydalarına uyğun olması lazımdır. Bundan başqa, sorğunun göndərilməsi hesabın dəqiq yoxlanılacağına zəmanət vermir.

İnstaqram hesabın yoxlanılması ilə bağlı qərar çıxararkən hər bir hesabın həqiqiliyi, unikallığı, bütövlüyü və populyarlığını nəzərə alacaq.