Siyasət 09:25 07.09.2018

Vladimir Putin Bakıya gəlir

Rusiya prezidenti Vladimir Putin Azərbaycana səfər edəcək.

Qaynarinfo "İzvestiya" qəzetinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib. Səfər sentyabrın sonlarında baş tutacaq.

Həmçinin ilin sonuna qədər rəsmi Moskva Azərbaycan, İran və Rusiya prezidentlərinin iştirakı ilə üçtərəfli sammit keçiriləcək.