Maqazin 10:40 07.09.2018

Tanınmış aparıcıya vəzifə verildi

Tanınmış teleaparıcı Lamiyə Ələkbərova bundan sonra fəaliyyətini AZTV kanalında davam edəcək.

Qaynarinfo axşam.az-a istinadən xəbər verir ki, o, Azərbaycan Televiziyasının "Mədəniyyət" kanalında direktor müavini vəzifəsinə təyin edilib. 

Qeyd edək ki, bu, L.Ələkbərovanın AZTV-yə ikinci qayıdışıdır. Belə ki, o, 1996-2006-ci illərdə burada fəaliyyət göstərib. Daha sonra aparıcı Lider, İTV-də də işləyib.