İdman 20:35 17.09.2018

Millimizin üzvü Çexiyada iki qol vurdu

Çexiyanın Gənclər Liqasında VIII turun oyunları keçirilib.

Qaynarinfo xəbər verir ki, Fərid Nəbiyevin çıxış etdiyi "Slaviya”nın U-21 komandası "Çeske” ilə üz-üzə gəlib. Oyun 4:4 hesabı ilə başa çatıb.

U-21 millimizin üzvü meydana strat heyətində çıxıb və dubl edib. Fərid Nəbiyev komandasının 1-ci və 3-cü qollarını vurub.

19 yaşlı futbolçu bu mövsüm vurduğu qollarının sayını 6-a çatdırıb. O, 3 məhsuldar ötürmənin də müəllifidi.