Quba rayonunun Xınalıq, Dalıqaya, Zıxır və digər yüksək dağlıq kəndlərinə qar yağıb.

Qaynarinfo Report-a istinadən məlumatına görə, yağıntı gecə saatlarında rayonun əksər dağlıq kənd və məntəqələrinə düşüb.

Hazırda qarın hündürlüyü 2-3 santimetrə yaxındır.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ölkədə hava şəraitinin pisləşəcəyi barədə xəbərdarlıq edib.

Oxu: Hava şəraitinin sabitləşəcəyi vaxt açıqlandı
Oktyabrın 6-da Bakıda və Abşeron yarımadasında gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Bəzi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz isə əksər rayonlarda havanın yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.