Dünya 19:45 13.11.2018

Daha bir ölkə BMT-nin miqrasiya paktından imtina edir

Bolqarıstan BMT Miqrasiya Paktından imtina edir.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, saziş ölkə rəsmiləri tərəfindən milli təhlükəsizliyə təhdid adlandırılıb. Qərar parlamentdə səsverməyə çıxarılacaq. 

Qeyd edək ki, sazişdən ötən dövrlərdə ABŞ, Polşa, Macarıstan, Avstriya, Sloveniya və Xorvatiya da imtina edib. Miqrasiya paktı dekabr ayında Mərakeşdə yenilənəcək.

Gülşən