İdman 14:57 27.11.2018

Azərbaycan çempionatında dava düşdü

I divizionun XI turunda keçirilən MOİK - "Neftçi-2" oyunundan sonra xoşagəlməz hadisə yaşanıb.

Qaynarinfo xəbər verir ki, matçın final fitindən sonra komandalar arasında qarşıdurma baş verib. AFFA İntizam Komitəsinin bugünkü iclasında məsələyə baxılıb və hər iki klub 240 manat məbləğində cərimələnib.

Bundan başqa, "Qarabağ-2" - "Zaqatala" görüşündə meydan sahiblərinin geyimində nöqsanlar aşkar olunduğu üçün oyun təyin olunduğu vaxtdan 5 dəqiqə gec başlayıb. Bu səbəbdən Ağdam klubu 240 manat cərimə ödəməli olacaq.
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!