Ekonomiks 09:48 29.11.2018

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1 dollar və yaxud 1,59% azalıb.

Qaynarinfo xəbər verir ki, "Azeri Light” markalı neftin bir barelinin qiyməti 62,03 dollar təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
 

Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!