Video 14:07 14.12.2018

Məşhur caz ifaçısı vəfat etdi

"Grammy" mükafatının sahibi məşhur caz ifaçısı Nensi Vilson 81 yaşında vəfat edib.

Qaynarinfo xəbər verir ki, müğənni uzun müddət davam edən xəstəlikdən sonra ölüb. Vilson 1970-ci illərdə xüsusilə məşhurlaşmış, "Beatles"dan sonra albomları ən çox satılan şəxs statusunu qazanmışdı. 

Nensi Vilsonun "Guess Who I Saw Today", "How Glad I Am" mahnıları xüsusilə böyük şöhrət qazanıb.

Gülşən