Ölkə 16:03 17.12.2018

Xəzərdə zəlzələ oldu

Xəzər dənizinin Azərbaycan sektorunda zəlzələ baş verib.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Qaynarinfo-ya verilən məlumata görə, zəlzələ saat 14:03:39-da qeydə alınıb.

Yeraltı təkanların dərinliyi 47 km, maqnitudası 4,7 bal olub. Zəlzələ yaxın yaşayış ərazilərində 3 bala qədər hiss olunub.