Xəbər lenti

2019-cu ildə maaşlar artırılacaq (RƏSMİ)
Ekonomiks 12:11 07.11.2018

2019-cu ildə maaşlar artırılacaq (RƏSMİ)

Gələn il büdcə təşkilatlarında çalışanların maaşları artırılacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə Milli Məclisdə büdcə müzakirələri zamanı maliyyə naziri Samir Şərifov məlumat verib.

Nazir bildirib ki, prezident İlham Əliyevin sərəncamlarına əsasən, 2019-cu ildə büdcə təşkilatlarında çalışanların əmək haqqlarının artırılmasına qərar verilib.

Samir Şərifov bildirib ki, bu qərarın maliyyə təminatı üçün əlvə 620 milyon manat tələb olunur və bu 2019-cu ilin dövlət büdcəsində əksini tapıb.

Nazir qeyd edib ki, eyni zamanda pensiya təminatı sahəsində, əlavə sosial müdafiə tədbirləri üçün 110 milyon manatın ayarılması nəzərdə tutulub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->