Dünya 11:16 17.01.2019

İndoneziyada növbəti güclü zəlzələ

İndoneziyanın Sumatra adasında növbəti güclü zəlzələ qeydə alınıb.

Qaynarinfo xəbər verir ki, təkan Sabanq şəhərinin 202 km şimal-qərbində, yerin 165 km dərinliyində müşahidə edilib. 

Təbiət hadisəsindən sonra sunami xəbərdarlığı edilməyib. Dağıntı və tələfat barədə məlumat yoxdur.

Gülşən