Ölkə 18:14 07.02.2019

Ramil Usubovdan yeni təyinat

Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi polis polkovnik-leytenantı Natiq Qasımov vəzifəsindən azad olunub.

Qaynarinfo oxu.az-a istinadən  xəbər verir ki, bu barədə daxili işlər naziri Ramil Usubov əmr imzalayıb. 

Əmrə əsasən, Natiq Qasımov Baş Dövlət Yol Polisi İdarəsi Katibliyinin rəisi təyin edilib. 

Qeyd edək, Natiq Qasımov Bakı Apellyasiya Məhkəməsinin hərbi kollegiyasının sədri Faiq Qasımovun qardaşıdır.