Ekonomiks 18:05 08.02.2019

Yol tikintisinə 3.8 milyon manat ayrıldı

Prezident İlham Əliyev İsmayıllı rayonunun Muğanlı-İsmayıllı (30 km)-Təzəkənd-Ağbulaq-Qoşakənd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, dövlət başçısı 3 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən yolun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,8 milyon manat ayırıb.