Ölkə 17:12 12.02.2019

İlham Əliyevdən yeni təyinat

Prezident İlham Əliyev Rəvan Həsənovun Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

Qaynarinfo-nun xəbərinə görə, sərəncamda bildirilir ki, Rəvan Vaqif oğlu Həsənov Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru təyin edilsin.