Ölkə 13:35 14.02.2019

Prezident icra başçısı ilə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Xocavənd Rayonu İcra Hakimiyyətinin başçısı Hüseynov Eyvaz Mövsüm oğlunu orden ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, sənəddə deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: 

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Eyvaz Mövsüm oğlu Hüseynov 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin”.

Qeyd edək ki, Hüseynov Eyvaz Mövsüm oğlu 15 fevral 1959-cu ildə Azərbaycan Respublikası Xocavənd (keçmiş Martuni) rayonunun Muğanlı kəndində anadan olub. 02.07.1992-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.