Ölkə 15:32 20.02.2019

Nazir direktoru işdən çıxardı

Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr dəyişikliyi olub.

Qaynarinfo mia.az-a istinadən xəbər verir ki, nazir Muxtar Babayevin əmri ilə nazirliyin Meşələrin İnkişafı Departamentinin direktoru Söhrab Abbasov işdən kənarlaşdırılıb. 

Nazir departament rəisi vəzifəsini müvəqqəti olaraq Ağaqardaş Qaraşova tapşırıb.

Qeyd edək ki, Ağaqardaş Qaraşov buna qədər Meşələrin İnkişafı Departamentinin direktor müavini vəzifəsində çalışırdı.

Xəbəri nazirlik təsdiqləyib. Bildirilib ki, işdən azad edilən Söhrab Abbasova başqa vəzifə verilib. O,  "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-yə sədr müavini təyin olunub.