Dünya 13:55 19.03.2019

Sabiq prezident həbs edildi

Cənubi Amerika ölkəsi Perunun sabiq prezidenti Alexandro Toledo ABŞ-da həbs edilib.

Qaynarinfo xəbər verir ki, Toledo spirtli içkidən çox qəbul etdiyi üçün Kaliforniyada həbs edilib və qısa müddət sonra buraxılıb.

2001-2006-cı illərdə Peruya rəhbərlik etmiş Alexandro Toledo Braziliyanın tikinti şirkəti "Ödebrecht"dən milyonlarla dollar rüşvət almaqda ittiham edilir. Peruda sabiq prezident barədə həbs qərarı çıxarılıb və o, 18 ay müddətinə azadlıqdan məhrum edilib. Peru hökuməti ABŞ-a sığınan Toledonun təhvil verilməsini tələb etsə də, Cənubi Amerika ölkəsinin bu istəyi yerinə yetirilmir.

Gülşən