Dünya 10:49 26.06.2019

Ağ Evə yeni mətbuat katibi təyin edildi

ABŞ-ın "first lady"si Melaniya Trampın köməkçisi Stefani Qrişem Ağ Evin yeni mətbuat katibi təyin edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə xanım Tramp "Twitter" hesabında məlumat verib. 

Qrişem bundan sonra həm Melaniya Tramp, həm də Ağ Ev üçün çalışacaq. O, ayın əvvəlləri istefa verən Sara Sandersi əvəz edəcək.

Gülşən