Ölkə 23:12 11.07.2019

Azərbaycanda bu məhsullar bahalaşdı

Azərbaycanda qızıl və gümüş bahalaşıb.

Trend-in məlumatına görə, iyulun 11-də qızılın qiyməti iyulun 10-u ilə müqayisədə 53,04 manat artaraq 1 unsiya üçün 2421,599 manat təşkil edib.

Gümüş 0,3476 manat bahalaşaraq 1 unsiya üçün 25,9964 manata bərabər olub.

Trend-ə görə, platinin qiyməti 27,999 manat artaraq 1407,3195 manat, palladiumun qiyməti isə 80,189 manat artaraq 2713,999 manat təşkil edib.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.