İdman 21:12 19.07.2019

"Qarabağ" UEFA reytinqində irəlilədi

UEFA klubların yeni reytinq cədvəlini açıqlayıb.

Qaynarinfo-nun məlumatına görə, Azərbaycanı Çempionlar Liqasında təmsil edən yeganə klub olan "Qarabağ” reytinqdə xallarını 19.000-ə çatdırıb. 

Bildirilib ki, avrokuboklarda I təsnifat mərhələsini keçən Ağdam klubu bu nəticə ilə üç pillə irəliləyərək reytinqdə 69-cu yerdə qərarlaşıb. 

Qeyd edək ki, "Qarabağ” klubu Çempionlar Liqasının I təsnifat mərhələsində Albaniyanın "Partizani” klubunu (0:0, 2:0) mübarizədən kənarlaşdırıb. (oxu.az)