Ölkə 10:09 24.08.2019

Nazirdən yeni təyinat

Oğuz Rayon Təhsil Şöbəsinə təzə müdir təyin olunub.

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, Təhsil naziri Ceyhun Bayramovun əmrinə əsasən, bu vəzifəyə Məcidov Anar Rafiq oğlu təyinat alıb.

Qeyd edək ki, A.Məcidov 2013-cü ildən Oğuz şəhəri Emin Abdullayev adına 2 №-li tam orta məktəbin direktoru vəzifəsində çalışıb.