İdman 14:36 25.08.2019

Azərbaycanlı futbolçu Çexiyada dubl etdi

Azərbaycanın gənclərdən milli komandasının üzvü Fərid Nəbiyev Çexiyada növbəti oyununu keçirib.

Qaynarinfo xəbər verir ki, "Slaviya"nın B komandasında çıxış edən hücumçu Gənclər Liqasınnın "Domazlitse”yə qarşı səfər oyununda iştirak edib.

Futbolçumuz bu oyunda dubl etsə də, komandası 3:4 hesabı ilə uduzub. Fərid cari mövsümdə 3-cü qolu olub.

Qeyd edək ki, hazırda "Slaviya" 6 xalla turnir cədvəlinin 2-ci pilləsini tutur.