Dünya 13:50 16.09.2019

Məşhur müğənni vəfat etdi

ABŞ-ın rok musiqi qrupu "The Cars"ın solisti Rik Okasek 75 yaşında vəfat edib.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, musiqiçi Manhettendə yerləşən evində ölü tapılıb. Müğənninin ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, "The Cars" 1976-cı ildə qurulub. Qrup 1980-ci illərdə "My Best Friend’s Girl” və "Drive” mahnıları ilə şöhrət əldə edib. R.Okasek "The Cars"ın ifa etdiyi bir çox mahnının söz və musiqisinin müəllifidir.

Gülşən