Ölkə 23:31 16.09.2019

Azərbaycanda bu məhsul bahalaşdı

Azərbaycanda qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb.

Trend-in məlumatına görə, sentyabrın 16-da qızılın qiyməti sentyabrın 13-ü ilə müqayisədə 10,9735 manat artaraq 1 unsiya üçün 2557,3185 manat təşkil edib.

Gümüş 0,3036 manat ucuzlaşaraq 1 unsiya üçün 30,4011 manata bərabər olub.

Trend-ə görə, platinin qiyməti 6,8 manat artaraq 1620,78 manat, palladiumun qiyməti 4,5815 manat artaraq 2743,4175 manat təşkil edib.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.