Ölkə 10:30 24.09.2019

Vilayət Eyvazovdan yeni təyinat

Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Gəncə Regional Mühafizə İdarəsinə yeni rəis təyin edilib.

Qaynarinfo xəbər verir ki, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovovun əmri ilə bu vəzifəyə polis polkovnik-leytenatı Seymur Sadıqov təyin olunub.

O, əvvəllər Tovuz Regional Mühafizə İdarəsinin rəisi işləyib.  

Qeyd edək ki, Gəncə Regional Mühafizə İdarəsinin əvvəlki rəisi Şəmistan Kərimov isə təqaüdə göndərilib.