Ölkə 10:42 10.10.2019

İlham Əliyev nazir müavinini işdən çıxardı (FOTO)

Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov vəzifəsindən azad edilib.

Qaynarinfo bildirir ki, "Report”un əldə etdiyi məlumata görə, onun yerinə Elçin Zeynalov təyin olunub.

Yeni nazir müavini indiyə qədər Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru vəzifəsində çalışıb

Qeyd edək ki, təyinat və vəzifədən azad olunma sərəncamları prezident İlham Əliyev tərəfindən imzalanıb.