Dünya 16:36 16.10.2019

Ərdoğan cavab verdi: "Mən ancaq Tramp özü gəlsə..."

"Mən ancaq Trampla danışacam".
 
Qaynarinfo xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının iclasından sonra jurnalistlərin suallarını cavablandırıb. Türkiyə rəhbəri "Sky News"un müxbiri Aleks Kroufordun "ABŞ-ın nümayəndə heyətə buraya gəlir, narahatsınız? Onlarla nə barədə danışacaqsınız" sualına "Yox, niyə narahat olum ki?! Dimdik ayaqdayam. Onlarla görüşməyəcəm, həmkarları ilə görüşəcəklər. Mən Donald Tramp gələn zaman danışacağam", - deyə bildirib. 

Qeyd edək ki, ABŞ-ın Dövlət katibi Mayk Pompeo və vitse-prezident Maykl Pens Suriyada Türkiyə tərəfindən həyata keçirilən "Barış Pınarı" hərəkatının dayandırılması üçün Ankaraya səfər edəcək.

Gülşən