Ölkə 14:38 22.10.2019

Azərbaycanda yeni medal təsis edildi

Azərbaycan Milli Məclisinin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Qaynarinfo "Report”a istinadən xəbər verir ki, iclasda qanuna edilən əlavə ilə "Diaspor fəaliyyətində xidmətə görə" medalının təsis edildiyi bildirilib.

Bu medal diaspor fəaliyyətində fərqlənən şəxslərə veriləcək.

Qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.