Ölkə 12:41 12.11.2019

Prezident iki icra başçısı təyin etdi, birini işdən çıxartdı

Prezident İlham Əliyev Mərdan Talıb oğlu Camalovu Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib.

Qaynarinfo xəbər verir ki, dövlət başçısı Mərdan Camalovun Zərdab Rayon İcra Hakimiyyətinin başçısı təyin olunması ilə bağlı sərəncam da imzalayıb. Digər sərəncamla Lütvəli Babəli oğlu Babayev Zərdab Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub.

Prezidentin digər sərəncamı ilə İlqar Namaz oğlu Abbasov Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunaraq, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.