Ekonomiks 17:33 12.11.2019

Vasif Talıbov yeni rəis təyin etdi

Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinə rəis təyin edilib.

Qaynarinfo xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov noyabrın 12-də fərman imzalayıb.

Fərmanla Ramin Abasət oğlu İsmayılov Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin rəisi təyin edilib.