Ölkə 10:40 17.11.2019

Aqşin Yenisey xəstəxanadan evə buraxıldı (YENİLƏNİB)

Tanınmış şair, yazıçı Aqşin Yenisey xəstəxanadan evə buraxılıb. 

 

Bu barədə "Report"a A.Yenisey özü məlumat verib.

 

O bildirib ki, Bakı şəhərində yerləşən xəstəxanalardan birində müayinələrdən keçib: 


"Mən əvvəlcə mədəmdə qanaxma olduğundan şübhələnirdim. Amma həkim müayinələrindən sonra mədəmdə qanaxma baş vermədiyi məlum oldu. Ola bilsin ki, bağırsaqlarımda problemlər yaranıb. Həftənin birinci günü təkrar yoxlanışa gedəcəm. Əsas odur ki, qorxulu bir şey yoxdur. Hər şey qaydasındadır. Artıq evdəyəm", deyə A.Yenisey bildirib.

 
 
*** 22.15
 
Tanınmış şair Aqşin Yenisey xəstəxanaya yerləşdirilib.

Qaynarinfo kulis.az-a istinadən bildirir ki, bu barədə şairin yaxınları məlumat verib. O, mədə qanaxması diaqnozu ilə ciddi həkim nəzarətinə alınıb.