Ölkə 17:57 10.12.2019

Bu şəxslərin maaşı artırıldı (SƏRƏNCAM)

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 10-da Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, sərəncamla Ordubad rayonunda icbari tibbi sığorta tətbiq edilib.

Eyni zamanda Ordubad Rayon Mərkəzi Xəstəxanasına publik hüquqi şəxs statusu verilib, həmin səhiyyə müəssisəsinin işçilərinin aylıq vəzifə maaşları dekabrın 1-dən 50 faiz artırılıb.