Maqazin 19:33 15.12.2019

Məşhur aktrisa vəfat etdi

Dünya şöhrətli aktrisa Anna Karina vəfat edib.

Qaynarinfo xəbər verir ki, xərçəng xəstəliyindən əziyyət çəkən 79 yaşlı sənətçi  Parisdə dünyasını dəyişib.

A.Karina "Qadın qadındır” filminə görə Berlin kinofestivalının "Ən yaxşı aktrisa” mükafatının sahibi olub. Mərhum həmçinin "Viktoriya”, "Çarli haqda həqiqət” və "Jenomor” filmlərindəki obrazıları ilə yaddaşlarda iz buraxıb.