Ölkə 09:39 15.02.2020

Vilayət Eyvazovdan yeni təyinat

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

Qaynarinfo-nun oxu.az-a istinadən məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, Daxili İşlər Nazirliyinin Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi, polis mayoru Elşən Əzizov vəzifəsindən azad edilib.

Nazirin digər əmri ilə o, Sabirabad rayonu DYP rəisi vəzifəsinə təyin olunub.