BMT-nin Hökumətlərarası İqlim Dəyişikliyi Paneli hesabat yayımlayıb.

Qaynarinfo-nun məlumatına görə, 40 ölkədən 91 alimin iştirakı ilə, 6 mindən çox elmi məqalənin dəyərləndirilməsi nəticəsində hazırlanmış hesabatda bildirilir ki, iqlim dəyişikliklərinin nəticələri ilə daha tez üzləşə bilərik. İqlim dəyişikliyi nəticəsində 2040-cı ildə temperaturun 2,7 dərəcə artması, mərcan riflərinin yoxa çıxması, quraqlıq, qıtlıq, yoxsulluğun daha da artması gözlənilir. Quraqlığın vurduğu zərərin dəyəri 54 trilyon dollar olacaq.

Fizik Bill Hare hesabatın narahatedici olduğunu bildirib və bir neçə ilə qədər bu vəziyyətdən xəbərdar olmadıqlarını deyib. Hesabatda ABŞ prezidenti Donald Trampın iqlim dəyişikliyini inkar etməsi və Paris iqlim razılaşmasından imtina etməsi də qlobal istiləşmə ilə mübarizədə yer alan problemlər sırasında göstərilib.

Gülşən