21 yaşlı Elnarənin Xoşqədəm Hidayətqızının "Səni axtarıram" proqramında etirafları televiziya tamaşaçılarını dəhşətə gətirib.

Qaynarinfo baku.ws-ə istinadən xəbər verir ki, gənc qız ikinci ərindən və onu həmin şəxsə məcburən ərə verən valideynlərindən imtina etmək istədiyini bildirib. 

Elnarə ilk dəfə 18 yaşında valideynlərinin xeyir-duası olmadan Azər adlı şəxslə ailə qurduğunu etiraf edib. Maddi çətinliklər və ailədə yaşanan problemlər səbəbilə tez-tez valideynlərinin evinə gəlib. İki il ailə həyatından sonra - növbəti dəfə belə hal baş verdikdə valideynləri "Azərdən sənə ər olmaz" deyib onu məcburən başqa kişiyə ərə veriblər. 

Valideynlərin Elnarə üçün seçdikləri ər özündən 16 yaş böyük, 3 dəfə həbsxana həyatı yaşamış qohumları olub. 

İkinci həyatı da alınmayan bədbəxt qız, həmin şəxs tərəfindən mənəvi və fiziki təzyiqlərə, daha doğrusu təcavüzə məruz qaldığını fotolarla sübut edib: "Məni hər dəfə döyüb belə vəziyyətə salırdı və mən də hər dəfə onun əlindən ata evinə qaçırdım. Yaralarım sağaldıqdan valideynlərim məni yenidən onun evinə göndərirdilər. Məni ac-susuz mal tövləsinə basıb işlədirdi. Çox işgəncələr verirdi. Valideynlərim mənə sahib çıxmırlar. ". 

21 yaşlı qadının hər iki evliliyi rəsmi nikahsız baş tutub.