İdman 14:17 24.03.2018

222 milyonluq futbolçuya iki sürpriz təklif

PSJ-də xoşbəxt olmadığı deyilən Neymara daha iki klubdan təklif var.

Qaynarinfo xəbər verir ki, uzun müddətdi "Real"a keçidi gündəmdə olan braziliyalı ulduzu İngiltərə klubuları heyətlərinə qatmaq istəyirlər.

Belə ki, Joze Mourinyonun başçılıq etdiyi "Mançester Yunayted" və Pep Qvardiolanın çalışdırdıcı "Mançester Siti" Neymara elçi düşüb. Bu barədə İspaniyanın məşhur "El Mundo Deportivo" qəzeti məlumat yayıb.

Qeyd edək ki, PSJ Neymarı "Barselona"dan 222 milyon avroya transfer edib.