İdman 18:00 11.03.2013

23 dəqiqəyə 4 qol vurdu (AZƏRBAYCANDA)


Bu gün Topaz Premyer Liqasında final mərhələsinə start verilib. XXIII turun açılış günündə bir qarşılaşma baş tutub.

Günün yeganə oyununda “Sumqayıt” “Turan”ı qəbul edib. “Bayıl Arena”da keçirilən matç Pərdis Fərcad Azadın şousu ilə yadda qalıb. Belə ki, milliləşdirilmiş almaniyalı futbolçu ilk 23 dəqiqədə 4 qol vuraraq, “Sumqayıt”a qələbə qazandırıb – 4:0. Yığmamızın üzvü 6, 8, 19 və 23-cü dəqiqələrdə “Turan”ın qapısına yol tapıb. Bu qələbədən sonra “Sumqayıt” xal hesabını 25-ə yüksəldib və 9-cu pilləyə qalxıb. “Turan” isə 23 xalla 10-cu yerdə qərarlaşıb.

Turun üç oyunu sabah, ikisi çərşənbə günü baş tutacaq.

Premyer Liqa
Final Mərhələsi
XXIII tur, 11 mart


Sumqayıt – Turan 4:0
Qollar: Pərdis Fərcad Azad, 6; 8; 19; 23.

Qaynar.info