Ölkə 21:48 14.12.2017

258 nəfərin Azərbaycan vətəndaşlığı ləğv olundu

"Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən son illərdə həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində, Azərbaycan Respublikası hüdudlarından kənarda fəaliyyət göstərən terrorçu təşkilatların və qanunsuz silahlı birləşmələrin üzvləri olan 86 nəfər həbs edilərək məhkum olunub”.

Qaynarinfo-nun məlumatına görə, APA-nın Dövlət Təhlükəsizliyi Xidmətinin terrorçuluğa qarşı mübarizə istiqamətində tədbirlərinin nəticələri barədə sorğusuna cavab olaraq, DTX-nin İctimai əlaqələr şöbəsindən bildirilib ki, 16 terrorçu silahlı müqavimət göstərərkən cavab tədbiri olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edilib.

Dövlət Təhlükəsizliyi Xidmətində toplanılmış materiallar əsasında məhkəmə tərəfindən 258 nəfərin Azərbaycan Respublikasının vətəndaşlığının itirilməsi barədə qərar verilib.