Sənət 23:58 15.12.2017

3 məşhur rəsm əsərinin tarixi (FOTOLAR)

Qaynarinfo yaddaşlardan silinməyən məşhur rəsm əsərlərinin yaradılış tarixini təqdim edir. 
 
Dianne Dengel - Xoşbəxtliyin rəsmi

Müəllifi Abidin Dino hesab edilən bu əsər əslində Dianne Dengel adlı ABŞ rəssamına aiddir. Kasıb ailədə doğulub-böyüyən Dianne kiçik yaşlarından rəsm əsərləri çəkməyə başlayıb, onun bu qabiliyyətini görən ailəsi imkan daxilində ona boya və kağız alıb. Yaşadığı kasıb mühit onun əsərlərinin əsas mövzusu olub və ilham mənbəyinə çevrilib. Yaşı artdıqca rəsm qabiliyyətini daha inkişaf etdirən rəssam ABŞ-da tanınmağa, şöhrət qazanmağa başlayıb. Dianne Dengel 2012-ci ildə vəfat edib. 

 

Osman Həmdi Bəy - Tısbağa Tərbiyəçisi

Osmanlının məşhur və müxalif rəssamlarından olan Osman Həmdi Bəy dövlətdəki bürokratiyanı bu əsəri ilə tənqid etmiş, qərbdən geri qaldıqlarını vurğulamışdı. Rəsm əsərinin əsas mövzusu cəmiyyət və sistemin tənqididir. Tablonun hazırkı dəyəri 15 milyon türk lirəsidir və Pera muzeyində saxlanılır.

 

Van Qoq - Çiçək açan badam ağacı

Dünya şöhrətli rəssam Van Qoqun əsərlərindən olan bu tablo rəssamın sadiq qaldığı sənət cərəyanına uyğun gəlir. Ölümündən 4 ay əvvəl tamamladığı əsər qardaşı oğlu Vinsentə həsr edilib. Terapiya məqsədilə baharın gəlişini xəbər verən mənzərələri çəkən Van Qoqun bu tablosu hazırda Hollandiyada Van Qoq muzeyində saxlanılır.



Gülşən