Video 20:35 02.01.2018

3 qadın bir-biri ilə evləndi, uşaqları olacaq (VİDEO)

ABŞ-ın Massaçusets ştatında yaşayan 3 lezbiyan qadın bir-biri ilə evlənib. Qaynarinfo xəbər verir ki, Doll, Kitten və Brinn Younq adlı 3 qadın avqust ayında sadə bir mərasimlə ailə həyatı qurublar.

"Bir-birimizə söz verdikdən sonra Doll və Kitten öncə məni, sonra bir-birilərini öpdülər" deyə toyla bağlı danışan Brinn Younq bildirir. 

Heç bir dövlət üç tərəfli evliliyi tanımasa da, onlar evliliklərinin gerçək olduğunu israr edir. 34 yaşlı kompyuter proqramçısı Brinn "Biz özümümü həqiqi evli sayırıq. Peşəkar vəkillər sənədləri hazırladılar və beləliklə əmlakımız bərabər olaraq bölündü".

Brinn və Kitten 2,5 il əvvəl Massaçusets ştatında evlənmişdi. Doll isə avqust ayında onlara qatılıb. Üçlüyün ən kiçiyi olan Kitten 27 yaşındadı. Bir sperma donoru vasitəsi ilə 6 ay əvvəl hamilə qalıb. "Üçümüz həmişə uşaq istəyirdik və ailəmizi böyütmək qərarına gəldik" deyə Kitten bildirir.

Aydın