İdman 15:30 19.05.2018

3 samboçumuz Yunanıstanda bürünc medal qazandı

 
Yunanıstanın paytaxtı Afinada keçirilən sambo üzrə Avropa çempionatında ölkəmiz 9 idmançı ilə təmsil olunur.

Qaynarinfo xəbər verir ki, yarış 17-20 may tarixlərində Olimpiya Stadiyonunda keçirilir. Avropa çempionatında 29 ölkənin ən güclü idmançıları təmsil olunur. Çempionat eyni zamanda 2019-cu ildə Belarusda keçiriləcək II Avropa oyunlarına lisenziya əldə etmək şansını verir. 

Yığmamız 9 idmançı ilə - 7-si Sambo, 2-si isə döyüş idman növündə təmsil olunur. Yarışın ilk günündə sambo idman növündə 68 kq çəki dərəcəsində yarışa çıxan Emin Həsənov və döyüş idman növündə yarışan 100 kq çəki dərəcəsində yarışan idmançımız Nəbi Məmmədov bürünc medal qazanıb. 

Yarışın ikinci günü 57 kq çəki dərəcəsində yarışa çıxan Mehman Xəlilov bürünc medala sahib çıxıb. Sabah yığmamızın daha 2 üzvü 62 və 82 kq çəki dərəcəsində çıxış edəcək.

Avropa çempionatında nümayəndə heyətimizin rəbərliyi Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədov, vitse-prezident Cavid Səbzəliyev və Bakı Şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Raqif Abbasovdur.