Dünya 17:14 18.02.2019

300 illik mübahisə İspaniya və İngiltərə donanmalarını üz-üzə gətirdi

Cəbəllüttariq boğazında İspaniya və İngiltərə donanması arasında gərginlik yaşanıb.

Qaynarinfo xəbər verir ki, İspaniya hərbi gəmiləri bölgədəki ticarət gəmilərinə ərazini tərk etmək barədə xəbərdarlıq edib. İspaniya donanması İngiltərə hərbi gəmilərinin müdaxiləsi ilə üzləşib. Cəbəllüttariq Muxtar İdarəsi İspaniyanın bu addımını axmaqlıq adlandırıb və beynəlxalq hüququn pozulduğunu dilə gətirib.

Qeyd edək ki, Cəbəllüttariq 300 ildir İspaniya və İngiltərə arasında mübahisəli bölgə hesab edilir. 2002-ci ildə keçirilmiş referendumda əhali İngiltərə idarəsinə razılıq verib. 

Muxtar İdarənin əhalisinin 96%-i isə İngiltərənin Avropa İttifaqından çıxmasına razı deyil. Bu faktdan istifadə edən İspaniya muxtar idarəyə Cəbəllüttariqdə müəyyən nəzarət qarşılığında bəzi Aİ hüquqları vəd edir.

Gülşən