Maqazin 22:52 20.04.2015

33 yaşlı qadın prokuror yeni imicdə - FOTOLAR

Xarici görünüşü ilə gündəmdə olan Krımın qadın prokuroru Natalya Poklonskaya imicini dəyişib. 

“Qafqazinfo”nun gazeta.ru-ya istinadən məlumatına görə, prokuror ictimaiyyət qarşısına yeni saç düzümü ilə çıxıb. O, “Berkut” xüsusi təyinatlılarına hücumla bağlı məhkəmə prosesinə qatılıb. 

Natalya Poklonskayanın yeni görkəmi sosial şəbəkələrdə bəyənilməyib. Onun saçını qısaltdıqdan və dodaq boyasını tündləşdirdikdən sonra daha qoca göründüyü yazılır. 

Qaynar.info