Foto 20:35 22.11.2018

35 yaşlı azərbaycanlı müğənni nənə oldu (FOTO)

Müğənni Sabina Selcan 35 yaşında nənə olduğunu etiraf edib.

Publika.az xəbər verir ki, 35 yaşlı ifaçı "Hər şey daxil" verilişinin qonağı olub. O, verilişdə etiraf edib ki, 14 yaşı olarkən ilk həyat yoldaşı tərəfindən qaçırılıb. Müğənni verilişin aparıcısı Tarix Əliyevin "Övladın varmı?" sualına "Var, hətta qızım ərə gedib. Nəvəm də var! Mən nənəyəm", - deyə cavab verib. O, bu açıqlaması ilə hər kəsi şoka salıb.

Qeyd edək ki, S.Selcan ikinci dəfə türk vətəndaşı ilə ailə həyatı qurub.