Foto 18:20 13.01.2018

35 yaşlı cazibədar nənə (FOTOLAR)

İngiltərədə yaşayan 35 yaşlı Kerri Hilton ölkənin ən gənc və cazibədar nənəsi statusunu qazanıb.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, 17 yaşında qızı Kleriaysı dünyaya gətirən qadın 35 yaşında nənə olub. Onun qızı 18 yaşında övlad sahibi olub. 

Media firmasında satış müdiri olan qadın bir çox estetik əməliyyatı keçirib və bunlara 13 min funt-sterlinq pul xərcləyib. Onun cazibədarlığının digər səbəbi kik-boksla məşğul olmasıdır. Kerri bildirir ki, insanlar onu və qızını bacı zənn edir və ana-qız olması faktına təəccüblənir. 

Qeyd edək ki, dünyanın ən gənc nənəsi isə Rumıniyadan olan Rifka Staneskudur. 12 yaşında ana olan qadın 2012-ci ildə 11 yaşlı qızının ana olmasına mane ola bilməyib və bu statusu qazanıb.

Gülşən