Dünya 13:40 27.06.2013

36 nəfər azərbaycanlı fəal həbs edildi

Bu gün səhər saatlarında İranda 36 nəfər azərbaycanlı fəal həbs edilib.

APA-nın “Oyannews”a istinadən məlumatına görə, onlar Səhənd dağlarının yamaclarına getmək niyyətində olublar. Ancaq azərbaycanlı fəallar İranın Qərbi və Şərqi Azərbaycan vilayətlərini, xüsusilə Urmiya və Təbriz şəhərlərini birləşdirən Urmiya gölünün üzərindəki Kələntəri körpüsündə ölkənin nizam-intizam qüvvələri (polis) tərəfindən tutulublar. Onların ad və soyadları dəqiqləşdirilir.

Qaynar.info