Foto 18:04 20.02.2018

36 saat dayanmadan qar yağdı, 7 metrlik divar yarandı (FOTOLAR)

Avropa və Alp dağlarında davam edən qar insanları çətin vəziyyətdə qoyub. 

Qaynarinfo xəbər verir ki, Fransanın Alp bölgəsində müşahidə edilən qarlı hava şəraitindən sonra isə Bessans və Bonneval yolları arasında 7 metrlik qar divarı yaranıb. Fransa meteoroloqları 36 saat davam edən yağıntının 30 ildə bir müşahidə edildiyini bildirib. Ölkədə 1 nəfər qar uçqununun altında qalaraq ölüb. 

İtaliyanın Alp dağlarında yerləşən xizək mərkəzi Sestrieresdə isə 5 mərtəbəli bina qar altında qalıb. İçəridəki 29 nəfər binanın qarajı vasitəsilə çıxaraq xilas ola biliblər. 

İsveçrənin xizək tətil mərkəzi Zermattda 2 gün davam edən şiddətli qar yağmurundan sonra ərazidə 13 min turist bir müddət köməksiz qalıb. Mindən çox nəfər 50 avro qarşılığında helikopter vasitəsilə bölgəni tərk edə biliblər.

Gülşən